Yaponiya şirkətinin 3 nümayəndəsi İranla əməkdaşlıq etdiyi üçün həbs olunub

Yaponiya şirkətinin 3 nümayəndəsi İranla əməkdaşlıq etdiyi üçün həbs olunub
# 24 yanvar 2013 16:12 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. Yaponiyanın “Ben Line Agencies” nəqliyyat şirkətinin direktoru və 2 əməkdaşı İranla əməkdaşlıq etdiyi üçün həbs olunub.

APA-nın məlumatına görə, onlar 2011-ci ilin noyabr və 2012-ci ilin fevral aylarında Avropa Birliyinin sanksiya tətbiq etdiyi “Islamic Republic of Iran Shipping Line” şirkəti vasitəsilə başqa bir şirkətə ümumilikdə 160 min dollar pul köçürməkdə təqsirləndiriliblər.

İstintaq zamanı məlum olub ki, “Ben Line Agencies” bu əməliyyat üçün Yaponiya hökumətindən müvafiq razılıq almayıb və şirkət İrana qarşı iqtisadi sanksiyalarla bağlı məlumatlandırılıb. Lakin “Ben Line Agencies” əməkdaşları onlara qarşı irəli sürülən ittihamları qəbul etməyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR