Ötən gün Azərbaycanda baş verən yol-nəqliyyat hadisələrində 2 nəfər ölüb, 14 nəfər xəsarət alıb

Ötən gün Azərbaycanda baş verən yol-nəqliyyat hadisələrində 2 nəfər ölüb, 14 nəfər xəsarət alıb
# 30 aprel 2013 07:24 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Ötən gün respublikanın avtomobil yollarında baş verən 12 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 14 nəfər xəsarət alıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, ölümlə nəticələnən yol qəzalarının hər ikisində piyadalar vurulub. Baş verən qəzaların biri Ağcabədi rayonunda, digəri isə Bakının Binəqədi rayonunda qeydə alınıb.

Qeyd edək ki, Bakı-Sumqayıt yolunda Mətləb Xəlilovun idarə etdiyi “Mercedes” markalı avtomobil yolu keçən 1991-ci il təvəllüdlü Pərvin Orucovu vurub. Piyada hadisə yerindəcə ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR