Poroşenko antiterror əməliyyatının rəhbərini vəzifəsindən azad edib

Poroşenko antiterror əməliyyatının rəhbərini vəzifəsindən azad edib
# 07 iyul 2014 23:20 (UTC +04:00)

APA-nın məlumatına görə, müvafiq sərəncam dövlət başçısının saytında dərc edilib.

“Krutov Vasili Vasilyeviç Ukrayna Təhlükəsizlik Xidməti yanında Antiterror mərkəzinin rəhbəri vəzifəsindən azad edilsin”, - sənəddə deyilir.

Poroşenkonun digər sərəncamı ilə Ukrayna Təhlükəsizlik Xidməti sədrinin birinci müavini Vasili Qritsak Antiterror mərkəzinin rəhbəri vəzifəsinə təyin edilib.

Xatırladaq ki, Vasili Krutov 2014-cü ilin aprelindən Ukraynanın şərqində keçirilən xüsusi operativ əməliyyat qərargahına rəhbərlik edirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR