Həştərxan vilayətinin prokuroru mənzilində ölü tapılıb

Həştərxan vilayətinin prokuroru mənzilində ölü tapılıb
# 23 avqust 2015 00:30 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Oleq Dupak aldığı güllə yarasından ölüb. İlkin versiyaya görə, Həştərxan prokuroru intihar edib.

Məlumata görə, prokurorun cəsədi onun yoldaşı tərəfindən aşkarlanıb. Onun mükafatlandırıldığı “Makarov” tipli tapançadan özünə atəş açdığı bildirilir.

Hadisə yerində əməliyyat qrupu çalışır, intiharın səbəbləri açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR