Gəncə şəhər sakinlərindən narkotik götürülüb

Gəncə şəhər sakinlərindən narkotik götürülüb
# 03 aprel 2013 14:37 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhərində iki nəfərin üzərində narkotik vasitə olan heroin aşkarlanıb. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər Nigar Rəfibəyli küçəsində yaşayan, 1974-cü il təvəllüdlü Ruslan Quliyev şübhəli şəxs kimi saxlanılaraq polis bölməsinə aparılıb. Onun üzərinə baxış keçirən zaman 1,47 qram narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb. Məlumata görə saxlanılan şəxs əvvəllər Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə məhkumluq həyatı yaşayıb.

Digər bir fakt isə Gəncənin Yeni Gəncə qəsəbəsində qeydə alınıb. Belə ki, polis əməkdaşlarının Yeni Gəncə qəsəbəsində keçirtdiyi əməliyyat tədbiri nəticəsində əvvəllər narkotik vasitələrin qanunsuz saxlanmasına görə məhkum edilən Xəyal Məmmədov saxlanılıb. Onun üzərindən 1,56 qram narkotik vasitə olan heroin aşkar edilib.

Hər iki fakt üzrə cinayət işi açılıb. Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR