“Mozalan" studiyasına yeni direktor təyin olunub

“Mozalan" studiyasına yeni direktor təyin olunub
# 12 noyabr 2015 12:53 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Mozalan" studiyasına yeni direktor təyin olunub.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədovun APA-ya verdiyi məlumata görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə Əlisəttar Quliyev studiyaya yeni rəhbər təyin edilib: “Bir müddət əvvəl “Mozalan” studiyasına rəhbərlik Müşfiq Hətəmova həvalə olunmuşdu. Qısa müddətdə “Mozalan” studiyasında bir sıra islahatlar aparıldı, iki yeni film çəkildi, bu sahədə maddi-texniki baza gücləndirildikdən sonra rəhbərliyin əmri ilə studiyanın rəhbəri Əlisəttar Quliyev təyin olundu”.

V. Şixəmmədov qeyd edib ki, nazirin digər əmri ilə “Azərbaycanfilm” kinostudiyasının direktoru M. Hətəmova öz vəsifəsində qalmaqla, “Azanfilm” studiyasının direktoru vəzifəsi səlahiyyətləri də müvəqqəti olaraq həvalə olunub: “Azərbaycanda yeni cizgi filmlərinin çəkilməsi, bu sahənin daha da inkişafı üçün Mədəniyyət və Turizm Nazirliyi rəhbərliyinin qarşıya qoyduğu yeni tələblər var və həmin tələblərin icrası Müşfiq Hətəmova həvalə edilib”.

Şöbə müdiri əlavə edib ki, bir müddət əvvəl “Azanfilm”in direktoru Fariz Əhmədov öz ərizəsi ilə vəzifəsindən azad olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR