Ötən il Azərbaycanda 2000-dən artıq torpaq hərracı keçirilib

Ötən il Azərbaycanda 2000-dən artıq torpaq hərracı keçirilib
# 15 fevral 2013 08:16 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə satılması məqsədilə 2012-ci ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən respublikanın ayrı-ayrı bələdiyyələri üzrə ümumilikdə 2 092 hərrac və müsabiqə təşkil olunub. «APA-Economics»in məlumatına görə, bunu bu gün keçirilən kollegiya iclasında Komitə sədri Qərib Məmmədov bildirib.

Onun sözlərinə görə, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2009-2013-cü illər) çərçivəsində 34 rayonda (Yevlax, Ağdaş, Ağsu, Abşeron, Ağcabədi, Beyləqan, Cəlilabad, Şabran, Xaçmaz, Goranboy, Qəbələ, Masallı, Şəmkir, Şəki, Tovuz, Zərdab, Zaqatala, Kürdəmir, Siyəzən, Lənkəran, Yardımlı, Quba, Şamaxı, Samux, İmişli, Füzuli, Tərtər, Balakən, Qazax, Saatlı, Daşkəsən, İsmayıllı, Qobustan və Qusar) 1 709,8 min nöqtədə torpaqların texniki uçotunun elektron formatda işlənib xəritələşdirilməsi, 26 rayonda torpaqların iqtisadi qiymətləndirilməsinin elektron formatda işlənib xəritələşdirilməsi üçün isə 562 obyekt üzrə işlər həyata keçirilib.

Bundan başqa, Nazirlər Kabinetinin qərarı ilə taxılçılıq üzrə özəl pilot təsərrüfatlarının yaradılması məqsədilə 4 800 hektar qış otlaq sahələrinin (o cümlədən, Ağcabədi rayonunda 3 300 hektar, Beyləqan rayonunda 1 500 hektar) təyinatı dəyişdirilərək ehtiyat fondu torpaqları kateqoriyasına keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR