Azərbaycanla İran sənaye parklarının fəaliyyəti ilə bağlı təcrübə mübadiləsi aparacaq

Azərbaycanla İran sənaye parklarının fəaliyyəti ilə bağlı təcrübə mübadiləsi aparacaq
# 27 noyabr 2014 09:13 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat və sənaye naziri, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev “XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr” mövzusunda Beynəlxalq Sənaye Konfransında iştirak etmək üçün Bakıda səfərdə olan İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Rza Nemətzadənin başçılıq etdiyi nümayəndə heyəti qəbul edib.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Ş. Mustafayev ölkələr arasında əlaqələrin yüksək səviyyədə olduğunu, dövlət başçılarının qarşılıqlı səfərlərinin və keçirilən görüşlərin əməkdaşlığın genişləndirilməsində xüsusi önəmini qeyd edib. Bakıda keçirilən Beynəlxalq Sənaye Konfransında iştirakına görə iranlı nazirə təşəkkür edən Ş. Mustafayev tədbirin sənaye sahəsində əlaqələrin inkişafı və təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayıb.

İranlı nazir ölkəsində sənaye parklarının fəaliyyət göstərdiyini diqqətə çatdıraraq, bu sahədə qarşılıqlı təcrübə mübadiləsinin faydalı olacağını vurğulayıb. Ölkələrimiz arasında iqtisadi əlaqələrin mövcud vəziyyətinə və inkişaf perspektivlərinə dair fikir mübadiləsinin aparıldığı görüşdə İran iş adamları təmsil etdikləri şirkətlərin fəaliyyəti barədə məlumat verib, kənd təsərrüfatı, əczaçılıq, metallurgiya və s. sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR