Fransa prezidenti Maliyə səfər edib

 Fransa prezidenti Maliyə səfər edib
# 02 fevral 2013 13:47 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Fransa prezidenti Fransua Olland xarici işlər, müdafiə və inkişaf nazirləri ilə birgə bu gün Malinin paytaxtı Bamakoya səfərə gəlib. APA-nın xarici mediaya istinadən verdiyi məlumata görə, F.Oland əvvəlcə Mali prezidentinin səlahiyyətləri yerinə yetirən Dionkunda Traore ilə görüşüb, ardınca isə islamçılarla döyüşən fransız əsgərləri baş çəkmək üçün qədim Timbuktu şəhərinə yollanıb. Burada o əsgərlərə uğurlu hərbi əməliyyatlara görə öz təşəkkürlərini bildirib və əlavə edib ki, ölkənin şimalını işğal edən islamçılar üzərində tam qalibiyyətdən sonra Fransa Maliyə iqtisadi yardım göstərəcək.

Qeyd edək ki, keçən ilin aprelində Malinin şimalında yaşayan tuareqlər ölkədə siyasi qeyri-stabilliyindən istifadə edərək, Mali ərazinin 60%-ı işğal edib, orada Azavad adlı ölkə yaradıblar. Mali hökumətinin xahişindən sonra Fransanın və Qərbi Afrika ölkələrin hərbiçiləri tuareqləri tərəfindən işğal etdikləri ərazilərin çoxunu azad etməyə nail olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR