Gürcüstan hökuməti xaricdə yaşayan gürcülər üçün güzəştlər hazırlayıb

Gürcüstan hökuməti xaricdə yaşayan gürcülər üçün güzəştlər hazırlayıb
# 07 noyabr 2014 13:57 (UTC +04:00)

Bakı – APA. Gürcüstan hökuməti xarici ölkələrdə yaşayan etnik gürcülər üçün müəyyən güzəştlər hazırlayıb.

APA-nın gürcü mətbuatına istinadən verdiyi məlumata görə, bu güzəştlərdən ilk növbədə gürcü əsilli Azərbaycan, Türkiyə və İran vətəndaşları yararlana biləcəklər.

Konkret olaraq Gürcüstanın Diaspora işləri üzrə nazirliyi onları “Soydaş vəsiqəsi” ilə təmin edəcək. Həmin sənəd etnik gürcülərə tarixi vətənində hər hansı məhdudiyyət qoyulmadan yaşamaq imkanı verəcək.

Qeyd edək ki, bu güzəştlərdən dünyanın müxtəlif ölkələrində yaşayan və vaxtilə müəyyən səbəblərdən Gürcüstan vətəndaşlığından imtina etmiş şəxslər yararla biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR