Almaniyalı professor ADU müəllimlərinə təlim keçib – FOTO

Almaniyalı professor ADU müəllimlərinə təlim keçib – <font color=red>FOTO </font>
# 05 mart 2012 09:52 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Dillər Universitetində (ADU) Tempus layihəsi çərçivəsində Tərcümə fakültəsinin alman, ingilis, ispan dili ixtisaslarında tədris aparan müəllimlərinə, eləcə də II və III kurs tələbələrinə nümunəvi dərslər və treninqlər keçirilib. Bu barədə APA-ya ADU-nun İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətindən məlumat verilib. Təlimləri Almaniyanın Leypsiq Universitetinin professoru, dünya səviyyəli tərcüməçi-alim Vladimir Kuts keçib. “Sinxron tərcümə texnikası”, “Ardıcıl tərcümə texnikası”, “Qeydgötürmə texnikası” və “Yaddaş texnikası” mövzularında keçirilən təlimlərdə V. Kuts tərcümə sənətinin geniş mənada, insanlar arasında ünsiyyət vasitəsi olduğundan danışıb. Almaniyalı professor dərslərdə tərcümə sənətinin tarixinə, formalaşma prosesinə toxunaraq hazırkı vəziyyətinə də aydınlıq gətirib. O, tərcümənin ölkələr və xalqlar arasında gediş-gəlişi təmin edən körpü rolu olduğundan da bəhs edib. V. Kuts bildirib ki, bütün növ tərcüməçilər ana dilini və xarici dili yüksək səviyyədə bilməklə yanaşı, yüksək psixoloji yükü qaldırmaq bacarığına malik olmalıdır. Almaniyalı professor tərcüməçilərdən dillər arasında cəld əlaqə yaratmaq bacarığının tələb edildiyini təlim iştirakçılarının diqqətinə çatdırıb. Bu sahədə mövcud olan üsul və vasitələri təlim iştirakçılarına izah edib.

Qeyd edək ki, V. Kuts Almaniyanın Leypsiq Universitetinin Tətbiqi dilçilik və Tərcümə İnstitutunun aparıcı mütəxəssisi kimi də fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR