Azərbaycanın xarici ticarət iştirakçılarının sayı 17% artıb

Azərbaycanın xarici ticarət iştirakçılarının sayı 17% artıb
# 25 iyul 2012 14:44 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu ilin ilk 6 ayında Azərbaycanın 6 246 hüquqi və fiziki şəxsi xarici ölkələrlə ticarət əməliyyatları aparıb.

APA-Economics”in Dövlət Gömrük Komitəsinə istinadən məlumatına görə, ötən ilin eyni dövrünə nisbətən xarici ticarət iştirakçılarının sayı 17% artıb.

Onların 3177-si fiziki şəxslər (ötən ilə nisbətən 32% artıb), 3069-u hüquqi şəxslərdir (4,7% artıb). İlk 6 ayda xarici ticarətlə məşğul olan hüquqi şəxslərin 239-u dövlət, 2830-u özəl sektoru təmsil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR