Venesuelada silah satışı qadağan edilib

Venesuelada silah satışı qadağan edilib
# 02 iyun 2012 09:21 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA. İyunun 1-də qüvvəyə minmiş qanuna əsasən, Venesuelada əhaliyə odlu silah və silah-sursatın sərbəst satışına qadağa qoyulub. APA-nın «Associated Press» agentliyinə istinadən xəbərinə görə, bu addım cinayətkarlıqla mübarizə tədbirləri çərçivəsində atılıb.

Venesuela Ədliyyə Nazirliyindən bildirilib ki, bundan sonra silahı yalnız polis əməkdaşları və hərbi qulluqçular gəzdirə biləcək.

Eyni zamanda, bu qanun əleyhdarlarının fikrincə, fərdi şəxslərdə olan tapançaların çox kiçik faizi leqal yolla əldə edilib və ölkədə silahın «qara bazarı» mövcuddur. Venesuela müxalifətinin məlumatlarına görə, ölkədə 25 min tapança rəsmi qeydiyyata alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR