İranda bir nəfər edam olunub

İranda bir nəfər edam olunub
# 22 sentyabr 2012 08:50 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. İranın Durud şəhərində bir nəfər edam olunub. APA-nın məlumatına görə, dar ağacına çəkilən şəxs narkotik qaçaqmalçılığında günahlandırılıb. Məhbusun adı açıqlanmayıb. Onun barəsində Durud İnqilab Məhkəməsi edam hökmü çıxarıb və qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənib. Məhbusun əfvlə bağlı müraciəti isə rədd edilib. Hökm sentyabrın 21-də səhər saatlarında Durud şəhərinin həbsxanasında icra olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR