Azərbaycanda püskürən palçıq vulkanının aktivliyi zəifləyib, artıq ərazidə alov müşahidə olunmur
20 sentyabr 2012 08:31 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Səhər saatlarında püskürən Lökbatan palçıq vulkanının aktivliyi zəifləyib. Bu barədə APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin əməkdaşı Arif Hüseynov deyib.
Hazırda ərazidə ölçmə işlərini apardıqlarını deyən A. Hüseynov bildirib ki, səhər saat 05.00 radələrində vulkandan uğultu səsi gəlib, saat 09.00-da isə alov püskürməsi baş verib: “İlkin müşahidələrə görə, püskürmə çox güclü olub və 2 hektardan çox əraziyə palçıq yayılıb. Dəqiq məlumatları ölçmələr başa çatandan sonra demək mümkündür. Amma bu püskürmə 2010-cu ildəki püskürmədən güclü olub. Həmin vaxt ətrafa 2 hektar məsafədə palçıq yayılmışdı”.
A. Hüseynov deyib ki, hazırda vulkanın püskürdüyü ərazidə alov müşahidə olunmur: “Vulkan sakitləşib və demək olar ki, sönməyə doğru gedir. Onun yenidən alovlanması ehtimalı yoxdur. Çünki enerjisi demək olar ki, boşalıb”.
Qeyd edək ki, Lökbatan palçıq vulkanı Azərbaycanda ən tez-tez püskürən palçıq vulkanıdır. Ümumiyyətlə, bu vulkan dünyada ən çox püskürən palçıq vulkanlarından biridir. Sonuncu dəfə vulkan 2010-cu ildə fevralın 4-də püskürüb. Bu, vulkanın 24-cü püskürməsidir. Vulkan iki ildən bir aktivləşir.
Lökbatan palçıq vulkanın ətrafında yaşayış evləri olmasa da, neft buruqları var.

Hadisə
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb - YENİLƏNİB
10:02
20 may 2024
Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib - FOTO
08:41
20 may 2024
Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar - FOTO
07:06
20 may 2024
Bakıda qonşular arasında dava olub, saxlanılan var - YENİLƏNİB
00:23
20 may 2024