Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü oktyabrın 27-də Parisdə keçiriləcək - YENİLƏNİB

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü oktyabrın 27-də Parisdə keçiriləcək - <font color=red>YENİLƏNİB</font>
# 25 oktyabr 2012 09:51 (UTC +04:00)
APA-nın “Armenpress”ə istinadən verdiyi məlumata görə, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edəcəklər.

Vasitəçilər Paris görüşünün nəticələrinə əsasən regiona səfər edəcəklər.

Səfərin məqsədi danışıqlar prosesində yaranmış durğunluğu aradan qaldırmaq, müzakirələrə yeni impuls verməkdir.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev nazirlərin görüşünün oktyabrın 27-də Parisdə keçiriləcəyi barədə xəbəri APA-ya təsdiqləyib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR