«AtaBank»ın istehlak kreditləri azalıb

«AtaBank»ın istehlak kreditləri azalıb
# 08 may 2012 11:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaBank» ASC-nin aktivlərinin həcmi 2012-ci ilin aprel ayının 1-nə 227,130 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 12% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə kredit portfeli 17% artaraq 154,501 mln. manat, o cümlədən istehlak kreditləri 1,3% azalaraq 36,686 mln. manat, depozit portfeli isə 12% artaraq 189,958 mln. manat, o cümlədən müddətli depozitləri 12% artaraq 163,358 mln. manat, tələb olunanadək depozitləri 14% artaraq 26,603 mln. manat, əhalidən cəlb edilən əmanətlərin həcmi isə 37% artaraq 106,903 mln. manata çatıb.

Bu müddət ərzində bankın məcmu kapitalı 12,6% artaraq 30,424 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 25 mln. manat olub.

Təhlil olunan dövr ərzində bankın gəlirləri 36% artaraq 7,250 mln. manat, o cümlədən faiz gəlirləri 30% artaraq 5,814 mln. manat, qeyri-faiz gəlirləri 65% artaraq 1,435 mln. manat olub. Həmçinin bankın xərcləri 22% artaraq 6,078 mln. manat, o cümlədən faiz xərcləri 5% artaraq 2,893 mln. manat, qeyri-faiz xərcləri 10 dəfə azalaraq 208 min manat təşkil edib. Nəticədə, bankın mənfəəti 3,3 dəfə artaraq 1,172 mln. manata çatıb.

Xatırladaq ki, «AtaBank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın 24 filialı, 64 bankomatı, 1 882 POS-terminalı və 308 işçisi var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR