AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı Türkiyədə beynəlxalq simpoziumda iştirak edib - FOTO

AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı Türkiyədə beynəlxalq simpoziumda iştirak edib - <font color=red>FOTO</font>
# 20 sentyabr 2012 14:15 (UTC +04:00)
Bakı-APA. 19-20 sentyabr 2012-ci il tarixlərdə AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Türkiyə tarixi və iqtisadiyyatı” şöbəsinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, Cavid Qasımov Kayseri şəhərində yerləşən Nuh Naci Yazgan Universiteti (Türkiyə) tərəfindən təşkil edilən “Qadınların əxilikdə rolu” II Beynəlxalq simpoziumunda iştirak edib. Nuh Naci Yazgan Universitetinin rektoru, professor Kərin Güneyin nitqi ilə açılan simpoziumda 10 ölkədən və Türkiyənin müxtəlif universitetlətindən 100-dən artıq alim iştirak edib. Orta əsrlərdən başlayaraq müasir dövrümüzə qədər Yaxın və Orta Şərq ölkələrində siyasət, ədəbiyyat, elm, incəsənət, diplomatiya və digər sahələrdə mühüm rol oynamış qadınların həyat və fəaliyyətinə həsr olunacaq simpoziumda Cavid Qasımovun “XII-XVI əsrlərdə Azərbaycanda siyasət və diplomatiyada mühüm rol oynayan qadınlar” mövzusunda məruzə ilə çıxış edib.

Simpozium çərçivəsində Əxilik qurucusu olan Ahi Evrənin məqbərəsi ziyarət edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR