Misir Mərdanov Fransanın Azərbaycandakı səfiri ilə görüşüb

Misir Mərdanov Fransanın Azərbaycandakı səfiri ilə görüşüb
# 08 noyabr 2012 12:30 (UTC +04:00)
Bakı. Könül Kamilqızı – APA “Azərbaycan və Fransa arasında digər istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də əməkdaşlığın möhkəmləndirilməsinin xüsusi əhəmiyyəti var. Lakin ikitərəfli əlaqələrin yalnız ali təhsil müəssisələri çərçivəsində deyil, təhsilin digər pillələri üzrə də genişləndirilməsinin önəmi var”. APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov Fransanın Azərbaycandakı səfiri Paskal Mönye ilə görüşündə deyib. Nazir orta məktəblərimizdə fransız dilinin tədrisinə dəstək göstərməyə hazır olduğunu bildirib.

Səfir Paskal Mönye Azərbaycan-Fransa təhsil əlaqələrinin daha yüksək səviyyəyə qaldırılması baxımından bir sıra təkliflər irəli sürüb. Paskal Mönye səfirliyin müvafiq sahə üzrə nəzərdə tutduğu işlərdən danışıb. Səfir bu məqsədlə birgə işçi qrupunun yaradılmasını və 3 illik proqram hazırlanmasını təklif edib. Əməkdaşlığın inkişafı üçün yüksək potensialın mövcudluğundan söz açan səfir, həmçinin görülən işlərdən də bəhs edib, eləcə də hər ilin yayında “Fransız kəndi” layihəsi çərçivəsində fransız dili müəllimləri üçün seminarlar keçirildiyini diqqətə çatdırıb.

Görüşdə təhsil sahəsində səmərəli əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR