Dağıstanda polis əməkdaşı qətlə yetirilib

Dağıstanda polis əməkdaşı qətlə yetirilib
# 21 iyun 2012 23:55 (UTC +04:00)
Bakı-APA. Dağıstanın Xasavyurt şəhərində naməlum şəxslər polis idarəsinin baş sahə müvəkkilini atəşə tutublar.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, polis əməkdaşı aldığı yaralardan yerindəcə ölüb. Ehtimallara görə cinayətkarlar “Lada Priora” avtomobili ilə hərəkət edərək Bamatyurt şosesi ilə piyada gedən polis əməkdaşına atəş açıblar.
Dağıstan hüquq mühafizə orqanları faktla bağlı araşdırma aparır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR