Hindistanda musson və torpaq sürüşmələri 33 nəfərin ölümünə səbəb olub

Hindistanda musson və torpaq sürüşmələri 33 nəfərin ölümünə səbəb olub
# 25 sentyabr 2012 07:16 (UTC +04:00)
Bakı-APA. Hindistanın şimal-şərqində musson yağışlarının əmələ gətirdiyi torpaq sürüşmələri ən azı 33 nəfərin ölümünə səbəb olub. APA-nın məlumatına görə, bir milyondan artıq insan evini tərk etməyə məcbur qalıb. Təbii fəlakət ən çox Sikkim və Assam ştatlarına ziyan vurub. Assamda musson yağışları bir həftədən çoxdur davam edir. Ştat iyun və iyul aylarında da güclü daşqınlara məruz qalıb, bu səbəbdən insanlar yenə də daşqın təhlükəsindən qorxaraq qaçqın düşərgəsinə sığınıblar. Ümumilikdə fəlakət zonasında 2 milyondan artıq insan qaldığı bildirilir. Əraziyə xilasetmə dəstələri göndərilir, bölgədə qaçqınlar üçün müvəqqəti sığınacaqlar hazırlanır. Təbii fəalkət nəticəsində UNESCO tərəfindən dünyanın mədəni irsinə daxil edilmiş Kaziranqa qoruğu da ciddi ziyan çəkib. Bu qoruqda pələnglər, fillər, marallar, birbuynuzlu kərgədanlar yaşayır. Musson yağışları nəticəsində yüzlərlə heyvan məhv olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR