Azərbaycanlı bəstəkarın “In memorial Kara Karayev” əsəri Macarıstanda ifa olunacaq

Azərbaycanlı bəstəkarın “In memorial Kara Karayev” əsəri Macarıstanda ifa olunacaq
# 20 iyun 2012 03:49 (UTC +04:00)
Bakı-APA. İyunun 30-da Macarıstanın Sombateli şəhərində keçiriləcək konsertdə Vyana orkestrinin (Wienerklassik Orchester) ifasında azərbaycanlı bəstəkar Xədicə Zeynalovanın bəstələdiyi “In memoriam Kara Karayev” əsəri səslənəcək.
Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, böyük Azərbaycan bəstəkarının xatirəsinə həsr olunan bu əsər Sombateli şəhərindəki tarixi Hartberg Qəsrində təşkil edilən “Rusiya Gecəsi” çərçivəsində ifa olunacaq. Solo hissəsinin ifaçısı macar pianoçusu Lorand Bosodidir. Dirijor isə avstriyalı Hermine Pakdır. Konsertdə Xədicə Zeynalovanın əsəri ilə yanaşı dünyaca məşhur bəstəkarların əsərləri də səsləndiriləcək.
Bəstəkar Xədicə Zeynalova Bakı Musiqi Akademiyasının məzunu, Fridrix-Ebert Fondunun təqaüdçüsü, Padoborn Universitetinin doktorudur. İndiyə qədər Avropanın müxtəlif şəhərlərində keçirilən klassik musiqi konsertlərində onun bir sıra əsərləri musiqisevərlərə təqdim olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR