«Parabank» xaricə səfər edənlərə plastik kartlar hədiyyə edir

«Parabank» xaricə səfər edənlərə plastik kartlar hədiyyə edir
# 03 oktyabr 2012 08:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» ASC xarici ölkələrə səfər edən şəxslərə hədiyyə qismində plastik kart əldə etməyə şərait yaradıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, xarici ölkəyə «econom class»la səfər edən şəxslər «Visa Classic», «business class»la səfər edən şəxslər isə «Visa Platinum» plastik kartı əldə edə bilərlər.

Bu hədiyyələri qazanmaq istəyən şəxslər müvafiq aviabiletlərini uçuş gününə ən azı 3 gün qalmış «Parabank»ın istənilən filialına təqdim etməklə əldə edə bilərlər.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR