Bakının Ziya Bünyadov prospektində tunel tipli yol ötürücüsü gələn il istifadəyə veriləcək - FOTO

Bakının Ziya Bünyadov prospektində tunel tipli yol ötürücüsü gələn il istifadəyə veriləcək - <font color=red>FOTO</font>
# 26 iyul 2012 10:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bakının Şimal istiqamətində əsas çıxışını təmin edən Ziya Bünyadov prospektinin Müzəffər Nərimanov küçəsi ilə kəsişməsində tunel tipli yol ötürücüsündə işlər tərtib olunmuş qrafik əsasında davam etdirilir.

«Azəryolservis» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, 3 gediş və 3 gəlişdən ibarət olacaq tunelin uzunluğu 780 metr, eni 26,5 metr, hündürlüyü 5,5 metr, qapalı boyu isə 300 metr olacağı gözlənilir. Eyni zamanda layihə çərçivəsində ümumi uzunluğu 1 746 metr olan Müzəffər Nərimanov küçəsində əsaslı təmir işləri həyata keçirilib. Küçə boyu kommunikasiya xətləri dəyişdirilib, işıqlandırma sistemi yenidən qurulub, aşınma qatı istisna olunmaqla asfalt-beton işləri başa çatdırılıb: «Hazırda tikintisi həyata keçirilən tuneldə svayların vurulması, istinad divarının və tunelin qapalı hissəsinin tikintisi işləri həyata keçirilir».

ASC-dən həmçinin bildirilib ki, tikintisinə 2011-ci ilin yanvar ayından başlanılan tuneldə işlərin təqribən 60%-i yerinə yetirilib. Layihənin 2013-cü ildə başa çatdırılması planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR