Göyçayda 8.5 hektar sahədə quru ot, ağaclar və kol-kos yanıb

Göyçayda 8.5 hektar sahədə quru ot, ağaclar və kol-kos yanıb
# 24 mart 2012 18:43 (UTC +04:00)
Göyçay. Elvin Yaqubov-APA. Göyçay rayonunda iki yanğın hadisəsi baş verib. Rayon yanğından mühafizə hissəsindən APA-ya verilən məlumata görə Aşağı Qaraməryəm kəndi ərazisindəki meşə zolağı yanıb. Yanğının söndürülməsi üçün hadisə yerinə Göyçay və İsmayıllı rayonlarından 3 yanğınsöndürən maşın cəlb edilib. Hadisə zamanı 8 hektar ərazidə ağaclar, kol-kos və quru ot yanaraq külə dönüb.
Həmçinin, Çayarxı kəndi ərazisində yerləşən “Göyçay-Konserv” ASC-nin həyətyanı sahəsinin kənarındakı kol-kos da yanıb. Hadisə yerinə iki yanğınsöndürən avtomobil cəlb olunub. Yanğın zamanı 0.5 hektar sahədə kol-kos, quru ot və ağaclar yanıb. Hər iki faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR