Hindistanda bərə qəzasında həlak olanların sayı 100-ü keçib

Hindistanda bərə qəzasında həlak olanların sayı 100-ü keçib
# 30 aprel 2012 22:52 (UTC +04:00)
Bakı-APA. Hindistanda Brahmatputra çayında qəzaya uğramış bərədə həlak olanların sayı 100-ü keçib. Bu barədə yerli polis məlumat yayıb.

«Şiddətli yağış sağ qalanların axtarışını çətinləşdirir. Xilasetmə əməliyyatı səhərədək təxirə salınıb», deyə polisdən bildirilib. Məlumatda həmçinin bərədə xilasedici qayıqların və jiletlərin olmadığı vurğulanıb.

Şahidlərin sözlərinə görə, qəza şiddətli qasırğanın bərəni ikiyə bölməsi nəticəsində baş verib. Bərədə 300-dən çox sərnişin və heyət üzvü olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR