Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşacaq komandalar müəyyənləşib

Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşacaq komandalar müəyyənləşib
# 26 iyul 2012 07:47 (UTC +04:00)
Apasport.az-ın məlumatına görə, bu, II təsnifat mərhələsinin baş tutan son 5 oyunundan sonra mümkün olub.

Bu mərhələdə Azərbaycanı təmsil edən Bakının "Neftçi" klubu İsrailin "Hapoel" (Kiryat Şmona) komandası ilə qarşılaşacaq. İlk görüşlər iyulun 31-də və avqustun 1-də keçiriləcək. Təmsilçimiz avqustun 1-də səfərdə oynayacaq.

Qeyd edək ki, III təsnifat mərhələsinin cavab oyunları avqustun 7-8-də keçiriləcək.

Çempionlar Liqası
III təsnifat mərhələsi


"Slaşk" (Polşa) - "Helsinqborq" (İsveç)
BATE (Belarus) - "Debretsen" (Macarıstan)
"Dinamo" (Kiyev, Ukrayna) - "Feyenoord" (Hollandiya)
AEL (Kipr) - "Partizan" (Serbiya)
"Motervell" (Şotlandiya) - "Panatinaikos" (Yunanıstan)
"Hapoel" (Kiryat Şmona, İsrail) - "Neftçi" (Azərbaycan)
"Molde" (Norveç) - "Bazel" (İsveçrə)
"Maribor" (Sloveniya) - "Düdelanj" (Lüksemburq)
"Şerif" (Moldova) - "Dinamo" (Zaqreb, Xorvatiya)
“Kopenhagen” (Danimarka) – “Brügge” (Belçika)
"Anderlext" (Belçika) - "Ekranas" (Litva)
"Fənərbaxça" (Türkiyə) - "Vaslui" (Rumıniya)
"Seltik" (Şotlandiya) - HİK (Finlandiya)
CFR (Rumıniya) - "Slovan" (Çexiya)
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR