Misirdə neft zavodunda yanğın baş verib

Misirdə neft zavodunda yanğın baş verib
# 15 aprel 2012 04:50 (UTC +04:00)
Bakı-APA. Misirin Suets şəhərindəki neftayırma zavodunda yanğın baş verib. Hadisə nəticəsində 4 nəfər ölüb, 18 nəfər yaralanıb.

APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, neftlə dolu sisternlər alovlanıb, zavodun yaxınlığındakı evlərin sakinləri evakuasiya olunub.

Bu zavod Misirin “Nasr Petrolium” şirkətinə məxsusdur.

Yanğını söndürmək üçün 50-yə yaxın yanğınsöndürmə maşını cəlb edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR