Bakida “Hollandiya-Azerbaycan musiqili qörüş” adlı konsert keçiriləcək

Bakida “Hollandiya-Azerbaycan musiqili qörüş” adlı konsert keçiriləcək
# 30 mart 2012 07:43 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova-APA. Niderland Krallığı və Azərbaycan arasında diplomatik əlaqələrin 20 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində aprelin 3-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Hollandiya-Azərbaycan musiqili görüş” adlı konsert keçiriləcək. Bu barədə APA-ya Niderlandın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Niderland Krallığının Azərbaycandakı səfirliyinin sponsorluğu və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən konsertdə hollandiyalı pianoçu Sara Krombak, azərbaycanlı violonçel ustası Aleksey Miltix və skripkaçı Ceyla Seyidova ilə birgə çıxış edəcək.
Konsertdə ötən əsrin məşhur azərbaycanlı və holland bəstəkarlarının, o cümlədən Henrietta Bosmans, Fikrət Əmirov, Qara Qarayev, Niyazi Tağızadə-Hacıbəyovun da musiqi əsərlərindən parçalar ifa olunacaq.

Xatırladaq ki, 2012-ci ildə maestro Niyazinin 100 illiyi, simfonik muğam janrının yaradıcısı Fikrət Əmirovun isə 90 illiyi qeyd olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR