Bakı Beynəlxalq Avtovağzalında yanğın olub

Bakı Beynəlxalq Avtovağzalında yanğın olub
# 03 aprel 2012 08:51 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakı Beynəlxalq Avtovağzalında yanğın olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, hadisə bu gün avtovağzal ərazisində fəaliyyət göstərən kafedə baş verib. Hadisə yerinə cəlb edilən yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı alınıb. Kafe 10 kv.m sahədə yanıb, xəsarət alan yoxdur.

İlkin məlumata görə, yanğına qısaqapanma səbəb olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR