“Azersun Holding” məktəblilərə yol hərəkəti qaydalarının aşılanması layihəsinə start verib - FOTOSESSİYA
20 sentyabr 2012 14:55 (UTC +04:00)
Bakı - APA-Economics. “Azersun Holding” Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi ilə birgə “Şokki Mokki” məktəblilərə yol hərəkəti qaydalarının aşılanması layihəsinə start verib.
Holdinqdən “APA-Economics”ə verilən məlumata görə, ilk olaraq 28 saylı orta məktəbdə təşkil olunan bu layihənin paytaxtın digər məktəblərində də keçirilməsi nəzərdə tutulur.
İbtidai sinif şagirdləri üçün keçirilən bu tədbirdə yol hərəkəti qaydaları haqqında məlumatlar verilib. 46 saylı uşaq yaradıcılıq mərkəzinin üzvləri yol hərəkəti qaydaları haqqında yaşıdlarına ətraflı məlumatlar veriblər.
Tədbirdə iştirak edən Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov, “Azersun Holding”in İctimaiyyətlə Əlaqələr və Sosial Xidmətlər şöbəsinin müdiri Afiq Səfərov, 28 saylı orta məktəbin müdiri Mehriban xanım və holdinqin marka rəhbəri Ellada Şiriyeva layihə ilə bağlı fikirlərini söyləyiblər.
Qeyd edək ki, “Şokki Mokki”nin tərkibi uşaq orqanizmi üçün xüsusilə xeyirlidir, sümüklərin böyüməsinə, inkişaf etməsinə şərait yaradan, sümük quruluşunu gücləndirən, protein və kalsium mənbəyi olan fındıq, süd ilə zəngindir. Bu faydalı məhsulun bu kimi layihələri dəstəkləməsinin əsas səbəbi uşaqların maariflənməsidir. Buna görə də “Şokki Mokki” gələcək nəslin sağlam böyüməsi ilə yanaşı, onların savadlı olmasına da böyük əhəmiyyət verir.
Tədbirin sonunda şagirdlərə “Şokki Mokki”dən hədiyyələr təqdim edilib.

Sosial
Səfir: "Pakistan İsrail-Fələstin münaqişəsinin "iki dövlət" prinsipi əsasında həllini dəstəkləyir"
00:02
3 may 2024
Norveçli səyyahlar Ağdamda olublar - FOTO - YENİLƏNİB
18:18
2 may 2024
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun olub
17:53
2 may 2024
İkinci Dünya müharibəsi ilə bağlı Sərəncam 3 minə yaxşı şəxsi əhatə edəcək
16:29
2 may 2024