Almaniyanın ticarət balansının profisiti ötən il 158,1 mlrd. avro təşkil edib

Almaniyanın ticarət balansının profisiti ötən il 158,1 mlrd. avro təşkil edib
# 08 fevral 2012 09:29 (UTC +04:00)
Bakı - APA-Economics. Almaniyanın xarici ticarət balansının profisiti 2011-ci ilin dekabrında azalaraq, noyabrdakı 15,9 mlrd. avro göstəricisindən 12,9 mlrd. avroya enib.

APA-Economics”in xəbərinə görə, Almaniya Federal Statistika Bürosunun yaydığı açıqlamada bildirilir ki, 2010-cu ilin dekabr ayı ilə müqayisədə profisitdə 0,3 mlrd. avro artım qeydə alınıb.

Hesabat dövründə Almaniyadan ixrac illik müqayisədə 5% artaraq 85,1 mlrd. avro, idxal isə 5,4% artaraq 72,1 mlrd. avro təşkil edib.

Almaniyadan Avropa Birliyi (AB) ölkələrinə ixrac 2010-cu illə müqayisədə 1,6% azalaraq 47,4 mlrd. avroya enib, AB ölkələrindən idxal isə 5,1% artaraq 45,9 mlrd. avroya çatıb.

Almaniyadan avrozona ölkələrinə ixrac 3,3% azalaraq 31,8 mlrd. avroya enib, idxal isə 3,5% artaraq 31,9 mlrd. avroya yüksəlib.

Dekabrda üçüncü (AB-yə daxil olmayan) ölkələrə ixracın həcmi 14,7% artaraq 37,7 mlrd. avroya, idxal isə 6,1% artaraq 26,2 mlrd. avroya çatıb.

Almaniyanın ticarət balansının profisiti 2011-ci ildə 158,1 mlrd. avro səviyyəsində qeydə alınıb. Bir il əvvəl bu göstərici 154,9 mlrd. avro olub. Ötən il ixracın həcmi 1,06 trln. avro, idxal isə 902 mlrd. avro olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR