Azərbaycanda 2012-2013-cü tədris ili üçün rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
09 sentyabr 2012 18:36 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahanın nəticələri komissiyanın internet saytında yerləşdirilib.
Namizədlərdən ümumilikdə 835 nəfəri ixtisas seçimində iştirak etmək hüququ qazanıb.
Qaydalara əsasən, namizədlərin birinci mərhələdə baza fənləri, ikinci mərhələdə isə ixtisas fənləri üzrə bilikləri yoxlanılıb.
İxtisas seçimində iştirak etmək üçün qoyulan minimal tələblər (müsabiqə şərtləri) Müalicə işi, pediatriya istiqamətinə aid olan ixtisaslar üçün baza fənləri üzrə 40 bal, ixtisas fənləri üzrə 50 bal; Stomatologiya istiqamətinə aid olan ixtisaslar üçün - baza fənləri üzrə 40 bal, ixtisas fənləri üzrə 50 bal; Tibbi biologiya istiqamətinə aid olan ixtisaslar üçün - baza fənləri üzrə 30 bal, ixtisas fənləri üzrə 40 bal; Tibbi profilaktika istiqamətinə aid olan ixtisaslar üçün - baza fənləri üzrə 30 bal, ixtisas fənləri üzrə 40 bal müəyyən edilib.
İxtisas seçimi internet vasitəsilə sentyabrın 11-i saat 9:00-dan sentyabrın 14-ü saat 9:00-dək aparılacaq.
İmtahanın nəticələri ilə bağlı müraciətlərə TQDK tərəfindən yaradılan apelyasiya komissiyasında sentyabrın 10-dan 12-dək baxılacaq.
Müsabiqə şərtinə görə, müəyyən namizədlərlə Səhiyyə Nazirliyi sistemi üzrə təhsil, elm müəssisələri və klinikaların nümayəndələri ilə görüşü haqqında əlavə məlumat sentyabrın 10-da veriləcək.

Sosial
DİM: İmtahanda 43 nəfər sağlamlıq imkanları məhdud abituriyent də iştirak edib
13:44
5 may 2024
İmtahan nəticələrinin yaxın 3 həftə ərzində elan olunması nəzərdə tutulur
13:42
5 may 2024
DİM: 1 abituriyent və 1 nəzarətçidə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib
13:40
5 may 2024
XƏBƏRDARLIQ: Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq
13:02
5 may 2024