Azərbaycan prezidenti İtaliyanın keçmiş xarici işlər nazirini qəbul edib

Azərbaycan prezidenti İtaliyanın keçmiş xarici işlər nazirini qəbul edib
# 03 oktyabr 2012 14:23 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 3-də İtaliyanın keçmiş xarici işlər naziri Franko Frattinini qəbul edib. APA-nın məlumatına görə, görüşdə Bakı Beynəlxalq Humanitar Forumunun ölkələrarası əməkdaşlığın genişləndirilməsi baxımından önəmi qeyd olundu, Foruma marağın getdikcə daha da artdığı bildirilib.

Görüşdə, həmçinin Azərbaycanla İtaliya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanın, əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub, Azərbaycan-İtaliya və Azərbaycan-Avropa Birliyi əməkdaşlığına dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR