Bakı sakini qardaşı arvadını öldürüb, qardaşı qızını isə yaralayıb

Bakı sakini qardaşı arvadını öldürüb, qardaşı qızını isə yaralayıb
# 01 oktyabr 2012 10:05 (UTC +04:00)
Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə sentyabrın 30-da qeydə alınıb. Yasamal rayonu ərazisində yaşayan Məmmədağa Ağayev qısqanclıq zəminində qardaşı arvadı Gültəkin Nəsirovanı bıçaqlayaraq qətlə, onun qızı Firəngizə isə xəsarət yetirib.

Hadisəni törədən M. Ağayev Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşları tərəfindən tutulub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR