Masallıya “Azərbaycanın Folklor Paytaxtı”nın kuboku və loqosu təqdim edilib - FOTO
14 aprel 2012 16:47 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. Masallı şəhərində yeni istifadəyə verilmiş “Gənclər Mərkəzi”ndə “Masallı Azərbaycanın Folklor Paytaxtıdır” adlı tədbir keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, tədbirə rayon İcra Hakimiyyəti aparatının işçiləri və ictimaiyyət nümayəndələri, millət vəkilləri, Mədəniyyət və Turizm Nazirliyinin məsul əməkdaşları, folklorşünas alimlər, Bakıda yaşayan Masallı ziyalıları və tanınmış incəsənət ustaları qatılıb.
Millət vəkilləri Elmira Axundova, Sabir Rüstəmxanlı, Nəriman Əliyev, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev, xalq artisti İlham Əsgərov, Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru Muxtar İmanov Masallı əhalisini fəxri ad münasibətilə təbrik ediblər.
F. Babayev “Folklor Paytaxtı”nın kubokunu və loqosunu Masallı rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlıya və rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Lətifə Mövsümovaya təqdim edib.

Mədəniyyət siyasəti
Türk Mədəniyyəti və İrsi Fondunun ilk Şura toplantısı keçirilib
17:37
30 aprel 2024
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək - VİDEO
11:25
30 aprel 2024
Qırğız Mədəniyyəti Günləri başa çatıb
11:34
27 aprel 2024
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
13:04
26 aprel 2024