Azərbaycan və Türkiyə birgə hərbi-texniki tədqiqatlar aparacaq

Azərbaycan və Türkiyə birgə hərbi-texniki tədqiqatlar aparacaq
# 06 aprel 2012 12:00 (UTC +04:00)
Bu barədə APA-ya Türkiyənin Makina və Kimya Sənayesi Təşkilatından (MKEK) məlumat verilib.

Ölkələr arasında ötən il imzalanmış əməkdaşlıq müqaviləsinə uyğun olaraq MKEK Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin Elmi Tədqiqat İnstitutu ilə birlikdə silah sistemlərinin yaradılması sahəsində birgə işlər görəcək. Artıq tərəflərin marağında olan atıcı və artilleriya silahları, həmçinin partlayıcı maddələrlə bağlı bir neçə layihə müəyyənləşdirilib, birgə araşdırma və inkişaf etdirmə işlərinin aparılmasına qərar verilib.

Birgə nəzərdən keçiriləcək layihələr arasında iri çaplı minaatan, yüngül top, eləcə də kiçik çaplı atıcı silahlarla bağlı işlər də yer alır.

Bundan başqa, MKEK Azərbaycan mühəndislərinin iştirakı ilə 12.7 mm çaplı «İstiqlal» snayper tüfənginin müasirləşdirilməsi layihəsi üzərində işləyirlər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR