Ali Media Mükafatının təqdimetmə mərasimi keçirilib - FOTOSESSİYA

Ali Media Mükafatının təqdimetmə mərasimi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 22 iyul 2012 21:43 (UTC +04:00)
APA-nın xəbərinə görə, mükafatlar sahiblərinə Mətbuat Şurasının və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkilatçılığı ilə keçirilən Milli Mətbuat Gününə həsr olunmuş məırasimdə tədqim edilib.

Tədbirdə çıxış edən Azərbaycan Prezident Administrasiyasının ictimi-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mətbuatın inkişaf tarixindən və yolundan söz açıb. Ə. Həsənov söz azadlığının qorunması və mətbuatın inkişafının dövlətin daim diqqətində olduğunu bildirib.
Jurnalistlərin ictimai rəyin formalaşmasında mühüm rol oynadıqlarını deyən Ə. Həsənov 22 iyulun bayram kimi təmtəraqlı qeyd edilməsinin artıq ənənəyə çevrildiyini qeyd edib. Ə. Həsənov qeyd edib ki, Azərbaycan mətbuatında tanınmış simaların olması, böyük bir nəslin yetişməsi məmnunedicidir.

Daha sonra Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edib. O, əsasını Həsən bəy Zərdabinin qoyduğu mətbuatın inkişaf yoluna nəzər salıb, müstəqil Azərbaycan mətbuatının keçdiyi yoldakı inkişaf və problemlərdən danışıb.

Daha sonra Ali Media Mükafatının təqdimatı olub. Mükafatın birinci dərəcəsinə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli layiq görülüb.

Ali Media Mükafatının müasir mətbuatın inkişafına görə olan ikinci dərəsində isə APA-nın baş direktoru Vüsalə Mahirqızı, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı və “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid layiq görülüblər.

Mükafatın üçüncü dərəcəsi üzrə 5 media nümayəndəsi təltif olunub. Bunlar “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli, “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı olub.

Daha sonra isə KİV DF-nin keçirdiyi fərdi jurnalist müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Qaliblər arasında Lent.az İnformasiya Agentliyinin əməkdaşı Elşən Məmmədov da var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR