Azərbaycan prezidenti İlham Əliyev Barak Obamaya təbrik məktubu göndərib
03 iyul 2012 15:43 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev ABŞ-ın prezidenti Barak Obamaya təbrik məktubu göndərib. APA-nın məlumatına görə, məktubda deyilir: “Amerika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Biz ölkəmizin Amerika Birləşmiş Ştatları ilə münasibətlərinə böyük əhəmiyyət veririk. Bu baxımdan siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrimizin müvəffəqiyyətlə inkişaf etməsi, daim genişlənməsi məmnunluq doğurur.
Bu gün Azərbaycan ilə Birləşmiş Ştatları bir sıra sahələrdə strateji tərəfdaşlıq münasibətləri birləşdirir. Biz bundan sonra da enerji təhlükəsizliyi, terrorizmə qarşı mübarizə sahəsində birgə səylərimizi davam etdirmək, dünyanın ən qaynar nöqtələrində sabitliyin təmin edilməsi işinə töhfələr vermək əzmindəyik.
Birləşmiş Ştatların bütövlükdə regionumuza diqqəti, sülhün və əmin-amanlığın bərqərar olması prosesinə dəstəyi bizim üçün çox əhəmiyyətlidir. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti və təcavüz nəticəsində ölkəmizin ərazi bütövlüyü pozulmuş, torpaqlarımız işğal olunmuş və bir milyondan çox soydaşımız öz doğma yurd-yuvasından didərgin düşmüşdür. Biz sülhyaratma missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədri kimi Birləşmiş Ştatların və şəxsən Sizin, cənab Prezident, bu münaqişənin beynəlxalq hüquq normaları əsasında, sülh yolu ilə, tezliklə və ədalətli həlli üçün göstərdiyiniz səylərə böyük ümidlər bəsləyirik.
Belə bir əlamətdar gündə Sizə, cənab Prezident, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Amerika xalqına sülh və rifah diləyirəm”.

Xarici siyasət
Hikmət Hacıyev: “Azərbaycan COP29 tədbirləri zamanı ölkələri atəşkəs bağlamağa dəvət edə bilər”
18:02
5 may 2024
BMT Baş katibinin köməkçisi Emənistanın Azərbaycanla sərhəd bölgələrinə səfər edəcək
14:35
5 may 2024
Azərbaycanla Qambiya arasında diplomatik passport sahibləri üçün viza rejimi ləğv edilib
23:10
4 may 2024
Ceyhun Bayramov İƏT-in Qida Təhlükəsizliyi üzrə baş direktoru ilə görüşüb
22:46
4 may 2024