Azərbaycana gizli yolla optik nişangahların gətirilməsinin qarşısı alınıb

Azərbaycana gizli yolla optik nişangahların gətirilməsinin qarşısı alınıb
# 17 oktyabr 2012 13:02 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan gömrükçüləri ölkəyə gizli yolla optik nişangahların gətirilməsinin qarşısını alıb. Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Komitənin məlumatında bildirilib ki, bu günlərdə «Samur» gömrük postunda Rusiya-Azərbaycan sərhədində “KAMAZ 53212” markalı, M 435 KU 05/AA 7394 05 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə baxış keçirilib. Baxış zamanı, sürücü Rusiya vətəndaşı Maqomed Kamilov avtomaşında beş çantada geyim əşyaları, ərzaq məhsulları və bir də avtomaşının ehtiyat hissələrinin olduğunu bəyan edib. Lakin, yüklərə baxış zamanı bu çantalarda olan geyim əşyalarının və ərzaq məhsullarının arasından bəyan olunmayan 100 ədəd “Pilad P 4 x 32 L”, 100 ədəd “Pilad P 4 x 32” markalı optik nişangahlar və 198 ədəd optik nişangahların rezin gözlükləri aşkar olunaraq götürülüb.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR