İctimai Palata MM-in qarşısına aksiya təyin etməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib

İctimai Palata MM-in qarşısına aksiya təyin etməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib
# 29 oktyabr 2012 11:19 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. İctimai Palata (İP) noyabrın 2-nə təyin etdiyi aksiya ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

İP KŞ-nın üzvü Ədalət Yusubovun APA-ya verdiyi məlumata görə, bu gün qurum Milli Məclisin binası qarşısında keçiriləcək piketlə bağlı paytaxt meriyasına məlumat xarakterli məktub ünvanlayıb. Məktubda şəhər icra hakimiyyətinin diqqətinə çatdırılıb ki, noyabrın 2-də saat 12.00-da İP üzvü olan bir qrup şəxs Milli Məclisdə “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunda ediləcək dəyişikliklərə etiraz olaraq, “Sərbəst toplaşmaq azadlığına qoyulan qadağaya yox deyirik!” şüarı ilə piket keçirəcək.

Ə. Yusubov onu da qeyd edib ki, İP aksiyanın keçirilməsində israrlıdır və icra hakimiyyətinin mövqeyindən asılı olmayaraq, piket keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR