Masallı rayonunda yol qəzasında dörd nəfər xəsarət alıb

Masallı rayonunda yol qəzasında dörd nəfər xəsarət alıb
# 04 iyul 2012 12:44 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. Azərbaycanın Masallı rayonunda ağır yol-nəqliyyat qəzası baş verib. APA-nın Cənub bürosunun məlumatına görə, hadisə ötən gecə saat 04.00 radələrində Lənkəran-Boradigah şose yolunun 25-ci kilometrliyində - Masallının Türkoba kəndindən keçən ərazidə qeydə alınıb. Sözü gedən kəndin sakini Asim Nəzərovun idarə etdiyi “Mercedes” markalı avtomobil qəfildən idarəetməni itirərək aşıb. Nəticədə sürücü və avtomobildəki sərnişinlər-Masallının Türkoba kənd sakinləri Məmməd Nuriyev, Orxan Nəzərov və Culfa rayon sakini Rəşid Baxşəliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR