Nobel mükafatçısı BDU-da olub - FOTO

Nobel mükafatçısı BDU-da olub -<font color=red> FOTO</font>
# 04 oktyabr 2012 09:31 (UTC +04:00)
Bakı – APA. BDU-nun rektoru, akademik Abel Məhərrəmov Amerika astrofiziki, ABŞ-ın Massaçusets Texnologiya Universitetinin alimi, Nobel mükafatı laureatı Corc Fitzgerhald Smutu qəbul edib.

BDU-nun mətbuat və informasiya şöbəsindən APA-ya verilən xəbərə görə, Universitet haqqında məşhur alimə məlumat verən akademik Abel Məhərrəmov BDU-nun yaranma və inkişaf tarixindən, bu təhsil ocağının beynəlxalq əlaqələrindən, əməkdaşlıq etdiyi aparıcı universitetlərdən, tanınmış assosiasiya və qurumlarla əlaqələrindən, beynəlxalq qrant layihələrində iştirakından danışıb. Bildirib ki, BDU dünyanın aparıcı təhsil ocaqları ilə yanaşı, Amerika universitetləri ilə də səmərəli ikitərəfli əlaqələr qurub və bu münasibətləri daha da genişləndirmək niyyətindədir.

Nanotexnologiya və innovasiyalardan danışan rektor, azərbaycanlı alimlərin ABŞ-dan olan həmkarlarının bu sahədəki təcrübələrindən yararlandıqlarını da diqqətə çatdırıb.

Daha sonra alim Fizika fakültəsinin müəllim və tələbələrinə mühazirə oxuyub, tələbələrin verdiyi suallara ətraflı cavab verib. BDU-nun Nanoaraşdırmalar laboratoriyasında olan qonaq, orada aparılan elmi tədqiqat işləri ilə yaxından tanış olub, bu işlərə yüksək qiymət verib. Alim tədqiqat işlərinin elm tutumlu istehsal sahələri ilə əlaqələr qurulması istiqamətində öz məsləhətlərini də verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR