Ayətullah Xamneyi: “Məhəmməd peyğəmbəri təhqir edən “Müsəlmanların məsumiyyəti” filminin ssenarisinin arxasında ABŞ və İsrail dayanır”

Ayətullah Xamneyi: “Məhəmməd peyğəmbəri təhqir edən “Müsəlmanların məsumiyyəti” filminin ssenarisinin arxasında ABŞ və İsrail dayanır”
# 14 sentyabr 2012 11:44 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “Məhəmməd peyğəmbəri təhqir edən “Müsəlmanların məsumiyyəti” filminin ssenarisinin arxasında ABŞ və İsrail dayanır”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu fikirlər İranın ali dini lideri, ayətullah Əli Xamneyinin öz xalqına və müsəlman dünyasına ünvanladığı müraciətdə yer alıb.

Onun sözlərinə görə, bu hərəkətin arxasında ABŞ, İsrail və digər qüvvələrin islam dini əleyhinə düşməncə siyasəti dayanır: “Amerikalı siyasətçilər bu çirkin cəhddə rolları olmadığını iddia edirlər. Əgər belədirsə, onda dürüstlüklərini sübut etmək üçün müsəlmanları ürəkdən incidən bu iyrənc cinayəti işləyənləri və onlara maliyyə dəstəyi göstərənləri tapıb cəzalandırsınlar”.

Ayətullah Xamneyi deyib ki, ABŞ, İsrail və digər qüvvələr keçmişdə də bu cür cəhdlərdə olublar: “Əgər bu zəncirin daha əvvəlki halqaları, yəni Salman Rüştü, danimarkalı karikaturaçı, “Quran”ı yandıran keşiş və yəhudi sərmayə sahiblərinə bağlı şirkətlərin tərəfindən islam əleyhinə onlarla film istehsal edənlər dəstək görməsəydilər, bu gün iş bu qədər böyük və bağışlanılmayacaq günah işlənməsi səviyyəsinədək böyüməyəcəkdi. Bu cinayətin bir saylı günahkarı İsrail və ABŞ-dır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR