Sabah Bakıda Azərbaycan-İsrail dəyirmi masası keçiriləcək

Sabah Bakıda Azərbaycan-İsrail dəyirmi masası keçiriləcək
# 18 aprel 2012 14:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Aprelin 19-da Bakıda Azərbaycan-İsrail dəyirmi masası keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, sabah Azpromo-nun təşkilatçılığı ilə İsraildə kənd təsərrüfatı və qida sahəsində böyük təcrübəyə malik şirkətlərinin iştirakı ilə Azərbaycan-İsrail dəyirmi masası keçiriləcək.

Tədbirdə kənd təsərrüfatında istixana komplekslərinin layihələndirilməsi, tikintisi və idarə edilməsi, quşçuluq təsərrüfatı, suvarma sistemləri sahəsində fəaliyyət göstərən İsrail şirkətlərinin nümayəndələri iştirak edəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR