"Baku Crystal Hall"ın tikintisini həyata keçirən şirkətin texniki direktoru: “Bakıya gəlin və zövq alın”

"Baku Crystal Hall"ın tikintisini həyata keçirən şirkətin texniki direktoru: “Bakıya gəlin və zövq alın”
# 10 may 2012 08:00 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA “”Baku Crystal Hall” və buradakı “Eurovision” şousu hər kəsi valeh edəcək”. APA-nın müsabiqənin rəsmi saytına istinadən yaydığı xəbərə görə, bunu arenanın tikinti işlərini həyata keçirən şirkətin texniki direktoru Günter Vixinq deyib. O bildirib ki, Bakıya gəlməyə, buradakı şounu görməyə dəyər: “Bakı fantastik şəhərdir. “Baku Crystal Hall”ın Bakı buxtasında yerləşməsi də fantastikdir. Azərbaycana gəlin və buradan zövq alın”.

G. Vixinq hazırda arenada kiçik rəngləmə və təmir işləri apardıqlarını söyləyib: “Hər şey çox gözəl görünür və bura 22 mayda keçirilən ilk yarımfinal üçün hazırdır. Bakıda yanvar və fevral aylarında son 100 ilin ən sərt qışı yaşandı. Bəzi işlər təxirə salınmışdı, lakin ərazidə əlavə avadanlıq və qüvvədən istifadə etməklə işin öhdəsindən gəldik və arenanı şounun keçirilməsi üçün vaxtında istifadəyə verdik”.

“Baku Crystal Hall”ın xüsusi bir zal olduğunu diqqətə çatdıran texniki direktor, bu məkandan idman tədbirlərinin keçirilməsi üçün də istifadə oluna biləcəyini vurğulayıb: “Heç bir ölkədə bu həcmdə və tərzdə bir məkanın inşa edilməsi mümkün deyil. Məncə Azərbaycan, xüsusilə Bakı fantastik bir yerdir. Bakıya iyul ayının 1-də gəlmişəm və şəhərdə atmosfer çox gözəldir. Burada çoxlu görməli yerlər, binalar, restoranlar, alış-veriş məkanları, mədəni abidələr var. Siz şəhər kənarına gedə bilər, orada tarixi abidələri görə bilərsiniz. Azərbaycana gəlin və buradan zövq alın!”
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR