«Bank of Azerbaijan»ın müştərilərinin sayı azalıb

«Bank of Azerbaijan»ın müştərilərinin sayı azalıb
# 24 fevral 2012 09:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Bank of Azerbaijan» ASC-nin aktivlərinin həcmi 2012-ci ilin yanvarın 1-nə 186,156 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəlinə olan göstərici ilə müqayisədə 27% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın kredit portfeli 13,2% artaraq 151,621 mln. manat, depozit portfeli 54% artaraq 102,804 mln. manat, o cümlədən müddətli depozitlər 53% artaraq 55,528 mln. manat, tələb olunanadək depozitlər 55% artaraq 47,277 mln. manat, əhalinin əmanətləri isə 50% artaraq 59,599 mln. manat təşkil edib.

Bu müddət ərzində bankın cəmi müştərilərinin sayı 27% azalaraq 10 829, o cümlədən fiziki şəxslərin sayı 26% azalaraq 9 818, hüquqi şəxslərin sayı 36% azalaraq 1 011 olub.

Təhlil olunan dövr ərzində bankın plastik kartlarının sayı 6,3% azalaraq 7 589-a, o cümlədən debet kartlarının sayı 4% artaraq 6 128-ə, kredit kartlarının sayı 34% azalaraq 1 461-ə çatıb.

Xatırladaq ki, səhmdarları «NEM Holding» (1%) və iki fiziki şəxs (99%) olan «Bank of Azerbaijan» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvarın 1-nə bankın 15 filialı, 29 bankomatı, 543 POS-terminalı və 280 işçisi olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR