ACP Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatından çıxmasını səbəbini açıqlayıb
23 iyul 2012 14:47 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Açıq Cəmiyyət Partiyası (ACP) Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatından (DCUMH) çıxması ilə bağlı bəyanat verib.
ACP-dən APA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, ACP hərəkatın Əsasnaməsinin 9-cu bəndinə əsasən İdarə Heyətinə məlumat verməklə qurumun tərkibindən çıxdığını bəyan edib: “Açıq Cəmiyyət Partiyası DCUMH-dən çıxmasının əsas səbəbləri hərəkat daxilində tənqidə və özünütənqidə dözümsüzlük nümayişi, tərəfdaşlığa uyğun olmayan siyasi-mənəvi mühitin yaranması, ən başlıcası isə, bu şəraitdə birgə effektiv fəaliyyətin mümkün olmaması və qarşıya qoyulan məqsədə nail olmaq baxımından perspektivin görünməməsidir”.
Qeyd edək ki, bu gün Açıq Cəmiyyət Partiyası (ACP) və Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatından çıxıb.
Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı bu il yanvarın 12-də Klassik Xalq Cəbhəsi Partiyası, Aydınlar Partiyası, Açıq Cəmiyyət Partiyası, Liberal-Demokrat Partiyası, Azadlıq Partiyası və Vətəndaş Hərəkatı Forumu tərəfindən təsis olunub.

Daxili siyasət
Arif Hacılı Müsavat Məclisinin sədri seçilib, başqanın 6 müavini təyin edilib
16:23
18 may 2024
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
14:12
17 may 2024
Siyasi partiyalarla dövlət orqanlarının konstruktiv əməkdaşlığının inkişaf etdirilməsi məsələləri müzakirə olunub
10:32
17 may 2024
Yaxın günlərdə Ermənistan və Azərbaycan sərhədçiləri sərhədin razılaşdırılmış hissəsində yerləşdiriləcək
00:10
16 may 2024