Səhiyyə Nazirliyi kolbasa məmulatlarının monitorinqinə başlayıb

Səhiyyə Nazirliyi kolbasa məmulatlarının monitorinqinə başlayıb
# 17 iyul 2012 12:18 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Səhiyyə nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yerləşən ərzaq mağazalarında və istehsal sexlərində kolbasa məmulatlarının monitorinqinə başlayıb. Bu barədə APA-ya mərkəzin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev bildirib. Onun sözlərinə görə, monitorinq zamanı məhsulların təhlükəsizlik göstəriciləri yoxlanılır. İ. Abdullayev deyib ki, analizlərin aparılması üçün yerli və xaricdən gətirilən kolbasalardan 100-dək nümunələr götürüləcək.

Şöbə müdirinin sözlərinə görə, monitorinqin nəticələri iyulun sonunda açıqlanacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR