İrandan Azərbaycana döyüş sursatı gətirilməsinin qarşısı alınıb
27 sentyabr 2012 09:08 (UTC +04:00)
Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Biləsuvar Gömrük İdarəsinin Qoşatəpə gömrük postunda İrandan Azərbaycana gələn, bu ölkənin vətəndaşı Kazemı Mikael Esrafıl oğlunun çamadanı “Heiman X-Ray” markalı rentgen yük-yoxlama qurğusundan keçirilən zaman monitorda 6 ədəd güllədən ibarət tapança darağına oxşar predmet görünüb. Bundan sonra İran vətəndaşı ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılıb.
Ona məxsus çamadanda gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin, o cümlədən, silah-sursatın olub-olmaması barədə sual verilib. O da öz növbəsində, gömrük nəzarətindən gizlədilmiş və ya mütləq bəyan ediləsi heç bir predmetin olmadığını və çamadanında şəxsi geyim əşyalarının olduğunu bildirib. Bundan sonra ona məxsus çamadana baxış zamanı karton üzlüklə çamadanın üst qapağının arasında olan boşluqdan 9 mm kalibrli 8 patron tutumlu, tapança kompleks hissəsi kimi istifadə edilən 1 ədəd daraq və həmin daraqda atəşə yararlı 6 ədəd 9 mm kalibrli patron aşkar edilərək götürülüb.

Hadisə
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb - YENİLƏNİB
11:17
5 may 2024
Bərdədə 3 otaqlı ev yanıb
09:46
5 may 2024
Göyçayda narkotikin təsiri altında avtomobil idarə edən şəxsin sürücülük hüququ məhdudlaşdırılıb
09:31
5 may 2024
Bakıda məişət tullantıları yanıb, 1 nəfərin meyiti tapılıb
09:20
5 may 2024